Küçə işıqlarının diabet insanlara BİLMƏDİYİMİZ TƏSİRLƏRİ
30 noyabr 2022 09:54 (UTC +04:00)

Küçə işıqlarının diabet insanlara BİLMƏDİYİMİZ TƏSİRLƏRİ

Alimlər diabet və küçə işıqlandırması arasında gözlənilməz əlaqə tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, güclü küçə işıqlandırması sirkadiyalı ritm sistemini pozur və diabet üçün risk faktoru ola bilər.

Alimlərin tədqiqatlarında 98 mindən çox ortayaşlı insan iştirak edib və 162 tədqiqat mərkəzində izlənilib. Küçə işıqlandırmasının intensivliyi peyk görüntülərindən təxmin edilib.

Alimlər müəyyən ediblər ki, gecə vaxtı küçə işıqlandırmasına yüksək səviyyədə məruz qalma qlikatlaşdırılmış hemoglobinin yüksək səviyyəsi və diabetin yayılması ilə əlaqələndirilir. Bu təsirin sirkadiyalı ritmlərin pozulması ilə bağlı olduğu deyilir. Alimlər bu amili müəyyən etməklə gələcəkdə böyük şəhərlərin sakinlərində xəstəliyin inkişaf riskini azaltmağa ümid edirlər.

Qeyd edək ki, təhlil zamanı tədqiqatçılar yaş, cins, təhsil, gəlir, fiziki fəaliyyət, ailənin şəkərli diabet tarixi, iştirakçıların, siqaret çəkmə vəziyyəti və spirt istehlakını nəzərə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Arzu Qurbanlı

Oxşar yazılar