Şahzadə Diana
18 aprel 2026 18:11 (UTC +04:00)

Şahzadə Diana

Kraliyyət protokolunu pozan manikür: Şahzadə Diananın zərif ETİRAZI

0

Şahzadə Diana kraliyyət protokolunun tələblərinə tabe olmaqdan imtina edir və bunu öz üslubundan tutmuş makiyajına, manikürünə, hətta övladlarını böyütmə tərzi daxil olmaqla hər addımında nümayiş etdirirdi.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mərhum kraliça II Yelizavetanın, Diananın 90-cı illərdə istifadə etməyə başladığı və şahzadə Çarlzdan boşandıqdan sonra da davam etdirdiyi diqqətçəkən manikürünü bəyənmədiyi deyilir. Kraliça, ailənin qadın üzvlərinə daha çox açıq və neytral tonlardan istifadə etməyi tövsiyə edirdi. Özü də illərlə sevimli rəngi olan "Essie Ballet Slippers" dırnaq boyasını seçərək buna nümunə olmuşdu.

Prenses Diana / © Getty Images

Şahzadə Diana əvvəlcə bu qaydaya əhəmiyyət vermirdi və saray həyatının böyük hissəsində fransız manikürünə (frenç) üstünlük verirdi. Lakin nəhayət, 1992-ci ildə həyat yoldaşı şahzadə Çarlzdan ayrıldıqdan sonra o, üsyankar kraliyyət üslubunu tamamilə mənimsədi və parlaq albalı qırmızısı rəngini özünün vizit kartına çevirdi.

Prenses Diana / © Getty Images

1990-cı illərdə Diana artıq özünü yalnız kral ailəsinin üzvü kimi deyil, həm də bir moda ikonu kimi daha özgüvənli hiss edirdi. "InStyle" jurnalı yazır ki, Diananın fransız maniküründən qırmızı dırnaq boyasına keçməsi, şahzadənin kraliyyət həyatının məhdudiyyətlərinə meydan oxumasının zərif bir yolu idi.

Bu gözəllik gedişi onun stilindəki digər dəyişikliklərlə - daha qısa ətəklər, cəsarətli dizaynlar və daha açıq yaxa kəsimləri ilə eyni vaxta təsadüf edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar