Kosmosa  biletlərin qiyməti   AÇIQLANDI
28 oktyabr 2024 17:58 (UTC +04:00)

Kosmosa biletlərin qiyməti AÇIQLANDI

Çinin "Deep Blue Aerospace" şirkəti orbitə yaxın uçuş üçün 210 min dollar dəyərində iki bilet satıb. Şirkət gələn ay daha çox bilet satmağı planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uçuş 2027-ci ildə baş tutacaq.

Şirkət 12 dəqiqə davam edəcək bu uçuşun ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənara, xarici kosmosa daşıyaraq çəkisizlik hissini yaşatmağa vəd edir. Uçuş kosmos təyyarəsi ilə deyil, raket vasitəsilə həyata keçiriləcək. 

Təkrar istifadə edilə bilən raket texnologiyasının yardımı ilə gələcəkdə bu tip kosmos səyahətlərinin daha münasib qiymətə başa gələcəyi proqnozlaşdırılır.

Uçuşa gedəcək sərnişinlərlə əvvəlçə yerdə 5 dəqiqəlik çəkisizlik təcrübəsi məşq ediləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar