Kişi cinsi əlaqədən sonra YADDAŞINI İTİRDİ
27 may 2022 19:58 (UTC +04:00)

Kişi cinsi əlaqədən sonra YADDAŞINI İTİRDİ

İrlandiyalı kişi həyat yoldaşı ilə evliliklərinin ildönümünü qeyd edib, elə həmin gün də yaddaşını itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi bir gün baş verənləri xatırlamır. 

O, həyat yoldaşını və qızını dəfələrlə sorğu-sual edir. 

Həkimlər kişinin yaddaş problemini keçici qlobal amneziyanın inkişafı ilə əlaqələndiriblər. 

Limerik Universiteti Xəstəxanasının Nevrologiya şöbəsinin həkimləri xəstənin yaddaş problemini cinsi əlaqə ilə əlaqələndiriblər. Bir sözlə, mütəxəssislər cinsi əlaqənin müvəqqəti qlobal amneziyaya səbəb ola biləcəyi qənaətinə gəliblər.

Həqiqətən də kişinin başına gələnlər evliliyin ildönümü qeyd edilən gün cinsi əlaqədən sonra baş verib.

Həkimlər qeyd ediblər ki, qəfil yaddaş itkisi ilə miqren arasında əlaqə var. Qanın tıxanması və ya digər qan axınının pozulması da bu fenomenin səbəbi ola bilər. Bu hal nadir hallarda soyuq və ya isti suya qəfil toxunma və ya idman zamanı da yarana bilər. Sözügedən xəstəlik daha çox 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. 
 

# 2253
avatar

Oxşar yazılar