Amerikalı model və iş qadını Kayli Cenner bir neçə gün ərzində 750 mindən çox izləyici itirib.
Lent.az xəbər verir ki, Cennerin 1 milyona yaxın izləyici itirməsinin əsas səbəbi aktrisa Selena Qomezlə arasında yaşananlardır.
Belə ki, bir müddət əvvəl Qomez həddən artıq laminasiya olunmuş qaşlarından şikayət etdiyi videonu sosial şəbəkədə yerləşdirib. Daha sonra isə Kayli Cenner yaxın dostu Hayli Biber ilə Selenanın bu videosunu lağa qoyub.
Onların bu davranışı bütün dünya gündəmini zəbt edib və insanlar tərəfindən qınanılıb. Hətta bir sıra siyasi adamlar da şəxsi hesablarında Kayli və Haylini izləmədən çıxarıb.
Kayli Cennerin izləyicilərinin azalması ilə, Selena Qomezin abunəçiləri artıb və nəticədə o, “Instagram”da ən çox izləyiciyə sahib olan Kaylini geridə qoyub.
Selena Qomez, Kayli Cenner, Hayli Bieber