İngiltərənin Kent qraflığının Eşford şəhərinin sakini, 20 yaşlı model Loren Nayt itləri üçün brend geyimlərə təxminən 7 min funt-sterlinq xərcləyib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Mimi və Milo adlı iki pomeranian cinsindən olan itlərin sahibi etiraf edir ki, onlar üçün ən azı 400 əşya alıb və öz qarderobunu düzəldib.
O, onları ən yaxşı şəkildə geyindirməyə çalışır, ona görə də Gucci və Louis Vuitton brendlərindən olan dizayner əşyalarını heyvanların qarderobunda tapmaq olar.
Qız ev heyvanlarını hər yerə apardığını və eksklüziv olaraq itlərin icazə verilən yerlərə getdiyini bildirib. Evdən çıxmazdan əvvəl itləri zövqlə geyindirir - sahibə hava və mövsümə uyğun olaraq onlar üçün paltar seçir.