Lakin Tokonun xərci bununla bitmir.
Lent.az xəbər verir ki, “iti” gəzdirən şəxsə ayda təxminən 200 manat ödənilir. Digər xərclərlə birlikdə “it olmaq” Tokoya ayda təxminən 500 manat başa gəlir.
***
22.08
Yaponiya vətəndaşı Toko (şərti ad) itə bənzəmək üçün əməlli-başlı xərcə düşüb.
Lent.az-ın xəbərinə görə, o, 2 milyon yen (20 000 AZN) xərc çəkərək özünə it geyimi tikdirib. 40 günə ərsəyə gələn geyimdə küçəyə çıxan Tokoya həm itlər, həm də insanlar yaxınlaşır.
Toko həqiqi kimliyini yaxın günlərdə açıqlaycaq.
Görəsən bu yerdə dahi Seyid Əzimin “it demə, o dəxi bizim birimiz” sözləri yerinə düşür, ya yox?