İt adı ilə alınan heyvan görün nə çıxdı?
11 noyabr 2021 23:04 (UTC +04:00)

İt adı ilə alınan heyvan görün nə çıxdı?

Peruda bir ailənin başına maraqlı iş gəlib. 

Lent.az-ın xəbərinə görə paytaxt Limada yaşayan ailə mağazadan xüsusi cins adı ilə küçük alıb. 

15 dollara alınmış heyvan ilk vaxtlar hamının sevimlisi olsa da, 6 ay sonra vəziyyət dəyişib. Run Run adı verilmiş heyvan qonşu həyətlərdəki toyuq-cücənin axırına çıxdıqdan sonra ailə onun şəklini bioloqa göstərir. Alim canlını tanımaqda çətinlik çəkmir: söhbət nadir növ olan Magellan tülküsündən gedir. 

Lakin ev yiyəsi heyvanı zooparka təhvil vermək istədikdə artıq gec idi. Run Run artıq meşəyə qaçmışdı. 

Ekoloqların dediyinə görə ovçular adətən bu heyvanların analarını öldürüb körpələri qanunsuz şəkildə satışa çıxarırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar