Anastasiya Reşetova
01 noyabr 2021 19:19 (UTC +04:00)

Anastasiya Reşetova

İslamı qəbul edən model geyimi ilə fanatlarını QƏZƏBLƏNDİRDİ

Rusiyalı model və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova açıq-saçıq geyimdə şəklini paylaşıb və İnternetdə tənqid olunub. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, fotolar və şərhlər onun “Instagram” hesabında yer alıb.

Məşhur qısa cins şortda, ağ köynəkdə və heyvan təsviri olan şəffaf köynəkdə poza verdiyi görüntüləri yayımlayıb.

Onun obrazını hündürdaban sandal, böyük sırğalar, gün eynəyi və papaq tamamlayıb. Bundan əlavə, o, Hellounin şərəfinə Jean Paul Gaultier brendinin maskasında rol alıb.

Oktyabrın əvvəlində “Instagram” səhifəsində əvvəllər İslamı qəbul etdiyini etiraf edən modelin yeni fotoları abunəçiləri qəzəbləndirib.

“Müsəlmanlar bu bayramı qeyd etmirlər!”, “Hellouin və İslam? Ciddidir?”,“Hicab kimi”,“Əvvəllər daha təvazökar idim”, “Müsəlmanlar bütpərəst bayramları tanımırlar”, “Yüngül hicab?” ,“Bu İslamın protokoluna tam uyğun gəlirmi?”, - fanatları yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8073
avatar

Oxşar yazılar