İnsanla meymunun  cütləşdirilməsinin   sonu nə oldu?
20 fevral 2024 18:00 (UTC +04:00)

İnsanla meymunun cütləşdirilməsinin sonu nə oldu?

2023-cü il çinli alimlərin insan və meymun hüceyrələrini birləşdirib, uğurlu nəticə almaları barədə xəbər yayılmışdı. 

Çin və ABŞ-dan olan tədqiqatçılar primat embrionlarına insan kök hüceyrələrini yeridərək ximer insan yarada bildiklərini qeyd edirdilər. Qanunla ximer embrionların yalnız 20 gün yaşamasına icazə verilir və təcrübə dayandırılır. Çünki insanla heyvanın genlərinin cütləşdirilməsindən yeni məxluq yaratmaq etik sayılmır. Lakin kim bilir, bəlkə də gizli laboratoriyalarda bilinməyən necə növ canlı yaşadılır. Çünki ximerlər barədə məlumatlar arabir dünya mətbuatında da yayılır.

Lakin çinlilər bu sahədə birinci deyillər. Düz 100 il öncə sovet bioloqları meymunla insanı cütləşdirmək üçün böyük vəsaitlər və zaman sərf ediblər.

Lent.az xarici mediaya istinadən həmin məlumatı təqdim edir:

1924-cü ilə qədər rus bioloq, professor İlya İvanov heyvan hibridlərinin yetişdirilməsində apardığı təcrübələr sayəsində elm aləmində ad çıxarmışdı. Atla eşşəyin cütləşməsindən yaranan qatırların çox dözümlü olması, 40 il ömür sürməsi alimi digər mələzlər yetişdirməyə həvəsləndirib.

İlya İvanov daha da irəli gedib, siçanları siçovullarla, dəniz donuzları ilə, antilopu inəklə, inəyi və bizonu və bəzi digər heyvanlarla çarpazlaşdıraraq nəsil əldə edə bilib.

Sovet Rusiyası üçün professor İvanov süni mayalanma prosedurunu təkmilləşdirən bir alim kimi xüsusilə dəyərli idi, bunun sayəsində bir ayğır mövsümdə 300-500-ə qədər madyanla cütləşdirib və bala alınır, təbii yolla cütləşmədə isə bu rəqəm 20-30-a bərabər olurdu. O dövr üçün at ordunun süvari polkunda istifadə olunurdu.

1924-cü ildə alim insanla meymunu birləşdirmək üçün təcrübələr aparmağa icazə alıb. O, Fransa Qvineyasının Kindiya stansiyasına yola düşüb. Meymunlar və insanlar üzərində gizli təcrübələr burada aparılıb. Bu məqsədlə alimə o zaman 10 000 dollar ayrılıb. Öncə şimpanzelər, daha sonra oranqutanlar üzərində təcrübələrə başlanılıb. Alim əvvəllər afrikalı zənci qadınlarla meymunları cütləşdirmək arzusuna düşübmüş. Deyilənə görə, Fransa hökuməti buna icazə verməyib. Amma kim bilir...

Çünki sonrakı mərhələdə alim Sovet İttifaqında  müxtəlif səbəblərlə həbsdə olan qadınların bu məqsədlə istifadə edilməsinə icazə alıb. Əvəzində məhbusu qısa müddətə azadlıq və yaxşı qidalanma ilə mükafatlandırırdılar. 1929-cu ildə "KQB" təcridxanalarında saxlanılan 5 qadından birinin könüllü razılaşması barədə sənədlər qalmaqdadır

Amma nə baş veribsə, 1930-cu ildə alimin elmi sirlərini fransızlara satması əsas gətirilərək işlərinə son verilib, o Qazaxıstana sürgün edilib. Düzdür, professor adı əlindən alınmayıb və institutda dərs deməyə davam edib. Amma Qazaxıstandan çıxışına  və sınaqlarına son qoyulub. İvanov 1932-ci ildə insult keçirərək ölüb.

Böyük zaman, vəsait sərf edərək apardığı təcrübələrin nəticələri isə sirr olaraq qalıb. Bəzi ehtimallara görə, onun təcrübələri nəticə verib, amma gizlədilib. Arxivlərdə o qədər gizli sirlər yatır ki...


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11331
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar