İnsan öləndə ruhunda nə baş verir?
10 mart 2021 19:54 (UTC +04:00)

İnsan öləndə ruhunda nə baş verir?

Öləndə ruhun başına gələnlər insanlığın ən böyük suallarından biridir. Hələ dəqiq, elmi əsaslandırılmış bir cavab yoxdur.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölümdən sonra ruha elm baxımından nə baş verdiyini öyrənməyə çalışacağıq.

Məsələn, bir beyin tədqiqatçısı Qerhard Rot “Beyin ruhu necə yaradır?” kitabında yazır ki, ruh dediklərimiz beynin yalnız müəyyən bir hissəsidir.

Beyin ölümü həm də ruhun varlığının sonu deməkdir. Bu düşüncə ilə ölməz bir ruh yoxdur. Bu fonda axirət düşüncəsi ölüm qorxusu ilə mübarizə üsulu kimi yozula bilər.

Elm adamları da daxil olmaqla bəzi insanlar üçün, ölümə yaxın təcrübə deyilənlər, ruhun ölümdən sonra da mövcud olmasının bir göstəricisidir.

Kvant fizikası, ruhun bədəndən asılı olmayaraq mövcud olması barədə maraqlı məlumatlar verir:
 
- bu ortaq hissəciklər nəzəriyyəsidir. Bu o deməkdir ki, bir hissəcikin kvant vəziyyəti digər hissəcikin vəziyyətinə uyğundur. İki hissəciyin bir-birindən nə qədər uzaq olmasından asılı olmayaraq;

- bəzi kvant fizikləri bədən və ruh dualizmini hissəcik səviyyəsində bu dualizmdən çıxarırlar. Bu, ruhun ölümdən sonra varlığını davam etdirdiyinin göstəricisi kimi yozula bilər. Ancaq bu fərziyyəyə dair hələ də tutarlı bir elmi dəlil yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7854
avatar

Oxşar yazılar