İnsan davranışı ilə bağlı MARAQLI FAKTLAR
15 may 2021 10:48 (UTC +04:00)

İnsan davranışı ilə bağlı MARAQLI FAKTLAR

Yüksək testosteron səviyyəsinə malik insanlar digər insanların qəzəblənməsindən zövq alırlar.

Özünə əmin olmayan insanlar başqalarını alçaltmağa meyilli olurlar. IQ testini pis keçdiyini xəbər tutan insanlar daha çox milli və dini xurafat iddia edən insanlardır.

Bununla yanaşı, insanlar başqaları haqqında dediyi mənfi fikirləri səmimiyyət əlaməti kimi qəbul edir və bunun özləri haqqında aşağı səviyyəli fikirdə olmaları ilə bağlı heç bir əlaqəsinin olmadığını iddia edirlər.  Digərlərini alçaltmaq özünü qiymətləndirmənin bərpa edilməsinə kömək edir.

Cismani duyğular da insanların davranışına təsir edir. Məsələn, “vaciblik”, “ciddilik” hisləri ilə ağırlıq hisləri arasında sıx əlaqə var. İnsanlar öz rezümesini ağır qovluqda təqdim edən insanı daha ciddi və stabil bir şəxs olaraq qiymətləndirirdilər.

Yalan böyük mənəvi zəhmət tələb edir. İnsan eyni anda beynində həm deyəcəyi yalanı, həm də gizləməli olduğu həqiqəti saxlamalıdır. Nəticədə o nisbətən sadə cümlələr qurur və təsəvvürlə bağlı tapşırıqları çətin yerinə yetirir.

İnsanlara nəzarət etdikdə, özlərini daha yaxşı aparırlar. Bununla yanaşı müşahidə illuzziyası da eyni təsiri bağışlayır. Özünə xidmət yeməkxanasında gözdən ibarət şəkil asmaq insanların əksəriyyətinin öz qablarını yedikdən sonra yığışdırmasına səbəb olacaq.

Bununla yanaşı davranış mənəviyyata da təsir edir. Yalan danışmış, kimisə aldatmış və yaxud başqa mənəviyyatsız hərəkətə yol vermiş insan bundan sonra nəyin yaxşı, nəyin pis olduğunu başqa cür qiymətləndirir.

Cəlbedici xarici görünüş asanlıqla insanı aldada bilər. İnsanlar səmimilikdənsə, xarici görünüşə etibar etməyə meyillidirlər. Hətta professionallar belə əsl yalançı insanları 86% halda səmimi insan hesab etmişlər.

Xarici görünüş hətta siyasətçilərin səsverilməsi və seçilməsi zamanı da böyük rol oynayır. Seçicilər siyasətçilərin üzünün əzəmətinə və fiziki cəlbediciliyinə görə qərar verirlər. Təbii ki, özləri bunun fərqinə varmadan.

Varlı və uğurlu insanları müdrik və ağıllı hesab edirlər. Yoxsulları isə əksinə. Və insanlar belə düşünürlər ki, kim uğura nail olubsa və yaxud əzab çəkirsə o buna layiqdir.

Xoşbəxt pulu çox olan insan deyil. Xoşbəxt qonşusundan çox pula sahib olan insandır.

Qəzəb insanlarda sahib olmaq hissini gücləndirir. İnsan onun əsəbləşməsinə səbəb olan obyekti əldə etməyə bütün gücünü sərf edir. Əvvəllər bu müsbət emosiyaların xüsusiyyəti kimi qəbul edilirdi.

Qərar vermək nə qədər vacib olarsa, insanlar bir o qədər hər şeyi olduğu kimi saxlamaq istəyər. Mağazada geniş seçim imkanları olduqda və insan hansı məhsulun daha yaxşı olduğunu ayırd edə bilməsə, heç nə almadan mağazanı tərk edəcək.

İnsanlar tez qəbul etdikləri qərarlara görə təəssüf edərlər, hətta nəticə onları qane etsə belə.  Bununla yanaşı, burada qərara ayrılan zaman demək olar ki, vacib deyil. Əsas olan insanın zamanın kifayət qədər olmasını düşünməsidir.

Heç də hamı riskləri eyni cür qəbul etmir. Bir insan qorxusuz halda paraşutdan tullandığı halda, müdirinə etiraz etməkdən çəkinə bilər. Bir nümunə daha: pələngləri əhliləşdirən insan, gözəl bir qadınla tanış olmaqdan qorxa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Oxşar yazılar