İlin ən yaxşı mənzərə ŞƏKİLLƏRİ
20 noyabr 2021 20:16 (UTC +04:00)

İlin ən yaxşı mənzərə ŞƏKİLLƏRİ

Natural Landscape Awards beynəlxalq foto müsabiqəsinin münsiflər heyəti 2021-ci ilin qaliblərini elan edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “İlin fotoqrafı” adına amerikalı mənzərə fotoqrafı Erik Bennet layiq görülüb.

İkinci yeri ABŞ-dan olan fotoqraf Ben Horn, üçüncünü isə alman Tobias Rixter tutub. Onların hamısı müsabiqəyə dünyanın hər yerindən təbiət mənzərələrinin gözəlliyini üzə çıxaran bir sıra fotoşəkillər təqdim ediblər.

"İlin fotosu" amerikalı fotoqraf Stiv Altermanın İslandiyanın Fellsfyar qara qumlu çimərliyində çəkdiyi "kosmos" olub. Sahil boyu gəzən Stiv dalğaların qumun üzərinə atılan aysberq parçasına necə çırpıldığını görüb və bu gözəlliyi təsvir etməyə müvəffəq olub.

Qeyd edək ki, bu il hakimlər ən yaxşı təbii landşaftların müsabiqəsinə qəbul edilən 9947 foto və 368 layihəni nəzərdən keçirməli olublar. Hakimliyin beş mərhələsi nəticəsində finala yalnız 120 foto, 10 layihə və 10 fotoqraf portfeli çıxıb.

Lent.az həmin fotolarının bəzilərini təqdim edir.

 


 
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5459

Oxşar yazılar