"Harri Potter"  ata olacaq
25 mart 2023 15:24 (UTC +04:00)

"Harri Potter" ata olacaq

Uşaqdan-böyüyə hər kəsin çox sevdiyi "Harri Potter" filminin ulduzu Daniel Radklif ata olacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı aktyorun ilk övladı dünyaya gələcək.

Sehrbaz oğlan kimi tanınan Daniel şəxsi həyatını həmişə qapalı saxlayır və gündəmə gətirməyi sevmir. Hətta milyonlarla pərəstişkarının olmasına baxmayaraq onun sosial şəbəkələrdə heç bir hesabı yoxdur.

Amma bu yaxınlarda aktyor sevgilisi aktrisa Erin Dark ilə görüntülənib. Yayılan görüntülərdən aktrisanın hamilə olduğu bilinib.

Qeyd edək ki, cütlük 2012-ci ildən birlikdədir.

 


 

# 1572
avatar

Sevinc Fərid

Oxşar yazılar