Flomasterlə  çəkilən şəkil 31 minə   satıldı
23 noyabr 2021 18:07 (UTC +04:00)

Flomasterlə çəkilən şəkil 31 minə satıldı

Əfsanəvi müğənni Viktor Tsoyun çəkdiyi rəsm 31 min 200 avroya satılıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Tsoy bu şəkli adi kağız üzərində flomasterlə çəkib.

Rəsmdə Əfqanıstan müharibəsi əks olunub. Bundan başqa, mücahidə bənzəyən və silahını ondan qaçan müxbirə tuşlayan kişi də təsvir edilib.

Əsərin yeni sahibinin kim olduğu açıqlanmayıb. Satış isə internet vasitəsilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869

Oxşar yazılar