
Fironlar niyə bacıları, yaxud qızları ilə evlənirdi? – SİRR AÇILDI

Qədim Misirdə doğmaları ilə nikaha girmək normal sayılırdı. Əsas etibarı ilə sivilizasiyanın hökmdarları öz bacıları, yaxud qızları ilə evlənirdilər. Bu barədə çoxsaylı araşdırmalar aparılsa da, tam çözüm açılmayıb.
Lent.az Rusiya KİV-ə istinadən qədim misirlilərin, daha doğrusu, hakimiyyət başında olan zümrənin qəribə qanunlarının sirrini açmağa çalışacaq.
Misirdə taxt-tac fironun böyük qızının oğlu və ya fironun qızının həyat yoldaşı tərəfindən miras alına bilərdi.
Qədim Misir elitasında söz sahibi daha çox ana şəcərəsi idi. Çünki misirlilərə görə, uşağın mənşəyi yalnız onu dünyaya gətirən ananın tərəfindən etibarlı şəkildə sübut edilə bilər. Bu səbəbdən də əmlak ana xətti ilə miras qalırdı.
Fironun ölümündən sonra oğlu bacısı ilə evlənməli idi. Bununla taxta keçən yeni hakimin tam olaraq firon qanından olması təmin edilirdi. Ola bilər ki, fironun oğlunun evləndiyi qız atasının başqa arvadından olan qızı olsun. Hökmdarın hərəmində arvad sayı çox olsa da, Ana Kraliça yeganə idi.
Yeri gəlmişkən, qeyd edək ki, yaxın qohumlarla evlilik nəslin genetikasına çox ciddi zərbə idi. Nəslin nümayəndələrində bu nikahın fəsadları özünü büruzə verirdi. Məsələn, Tutanxamun irsi bir sümük xəstəliyindən əziyyət çəkirdi və ömrünün sonunadək normal hərəkət edə bilmədi.

Rəsul .
Oxşar yazılar

İtən qoyun tapıldı, 35 kiloqram yun qırxıldı
26 fevral 2021 , 19:42
Pul qazandıran HOBBİLƏRdən hansına sahibsiniz?
26 fevral 2021 , 18:54“Peugeot” loqosunu yenilədi: XIX əsrə qayıdış...
26 fevral 2021 , 08:12
İlbizlərin dünyası-FOTOLENT
25 fevral 2021 , 19:50
Dünya metrosundan MARAQLI FOTOLAR: təəccüblənməmək olmur...
25 fevral 2021 , 19:12
Əkiz qardaşlar əməliyyatdan sonra BACI OLDULAR
25 fevral 2021 , 14:52
Nəsli tükənməkdə olan heyvanların FOTOLARI
25 fevral 2021 , 13:52
Gündəlik kitab oxumaq beyinə necə təsir edir?
24 fevral 2021 , 19:55