Ev təmizləyən   ana və oğlu varlandı
11 aprel 2025 15:14 (UTC +04:00)

Ev təmizləyən ana və oğlu varlandı

ABŞ-ın Merilend ştatında yaşayan bir kişi anasına mebelləri yerbəyer etməkdə kömək edərkən təsadüfən lotereya biletləri gizlədilmiş bir yer tapıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu biletlərdən biri ona 50 min dollar qazandırıb.

Nottinqem şəhərində yaşayan kişi evdə köhnə lotereya biletlərindən ibarət bir dəstə aşkar edib. Həmin biletlər vaxtilə sadəcə ehtiyat üçün toplanmışdı. O, bu anı xatırlayaraq bildirib ki, bir neçə bileti anasına yoxlamağı təklif edib və onlardan bəxtlərini sınamaq üçün istifadə edə biləcəklərini soruşub. Anası etiraz etməyib və biletləri evə aparmasına icazə verib. Onlar razılaşıblar ki, mümkün uduşlar yarıbayarı bölünəcək.

Biletlər yoxlanılıb: biri 6 dollar, digəri 15 dollar udub, lakin üçüncüsü - 5 dollara alınmış Holiday Luck Doubler - gözlənilmədən 50 min dollar qazandırıb. Udduqdan sonra kişi vədinə sadiq qalaraq uduşu anası ilə bölüşüb.

O qeyd edib ki, öz payını ev almaq üçün yığıma və borcların, o cümlədən anasına olan borcun ödənilməsinə sərf edəcək. Sonda isə uduşun böyük hissəsinin anasına qalacağını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar