Mənbələr iddia edir ki, Əsəd Moskvanın "Vnukovo" hava limanına vəsait çatdırmaq üçün təyyarə reyslərindən istifadə edib.
Lent.az bildirir ki, “Financial Times”ın məlumatına görə, Suriya Mərkəzi Bankı 2018-2019-cu illər arasında Rusiyaya təxminən 250 milyon dollar nağd pul köçürüb.
Vəsaitlər 100 dollar və 500 avroluq əskinaslarda qablaşdırılaraq Moskvanın “Vnukovo” hava limanına çatdırılıb. Hər partiyanın çəkisi təxminən iki ton olub.
Mənbələrin məlumatına görə, pul Rusiyada daşınmaz əmlakın alınmasına sərf edilib. Bu, Suriyada ölkənin iqtisadi çətinliklərini daha da artıran ciddi valyuta böhranı fonunda baş verib.
Qərb dövlətləri və Suriya müxalifəti dəfələrlə Suriya hakimiyyətini milli resurslardan öz maraqları üçün istifadə etməkdə ittiham edərək, bu cür köçürmələrin beynəlxalq sanksiyalardan yayınmaq və Moskva ilə əlaqələri gücləndirmək sxeminin bir hissəsi ola biləcəyini irəli sürüblər.