Endirim zamanı bu 4 şeyi əsla almayın
30 iyun 2024 04:21 (UTC +04:00)

Endirim zamanı bu 4 şeyi əsla almayın

Bütün markalar dəb və ya mövsüm dəyişməsi səbəbilə öz məhsullarına endirim edirlər.

Lent.az xəbər verir ki, əlbəttə endirimlərdən istifadə etməyin bir çox faydası olduğu kimi bəzəm mənfi tərəfləri də ola bilir.

Mütəxəssislərin fikrincə endirimlər zamanı bu 4 məhsulu almamağınız daha məsləhətdir. Əlbəttə ki, istisna hallar hər zaman keçərlidir.

1. Dəbdən düşmüş paltar modelləri

Dəb hər zaman dəyişkən bir anlayışdır və hər mövsüm fərqli tendensiyalarla ortaya çıxır. Satışda olan paltarların bəziləri mövsümdən kənar ola bilər. Dəbi izləməyi sevirsinizsə və paltarınızı uzun müddət istifadə etməyi planlaşdırırsınızsa, köhnəlmiş məhsulları almamağınız məsləhətdir.

2. Təkrar emal olunmayan kosmetik məhsullar

Kosmetik məhsullarda endirimlər çox cəlbedici ola bilər. Lakin vaxtı keçmiş və ya bitmək üzrə olan məhsullara diqqət olunmalıdır. Bu cür məhsullar dərinizə də mənfi təsir göstərə bilər.

3. Yalnız endirimdə olduğu üçün alınan əşyalar

Sırf endirimdə olduğu üçün nə isə almaq, qarderobunuzda köhnəlmiş paltarların artmasına səbəb ola bilər. Belə alışlar çox vaxt lazımsız xərclərə səbəb olur. Alacağınız zaman o məhsula həqiqətən ehtiyacınızın olub-olmadığını bir daha düşünün.

4. Elektron cihazlar

Elektron əşyalarda endirimlər adətən köhnə modellərdə daha çox rast gəlinir. Bu cür məhsullar yeni texnologiyalar və yeniləmələr üçün uyğun olmaya bilər. Məhz buna görə də satışda elektron cihazları almazdan əvvəl onların texniki xüsusiyyətlərini və cari ehtiyaclarınıza cavab verib-vermədiyini diqqətlə araşdırın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Oxşar yazılar