Amerikanın Pensilvaniya ştatından olan bir podkaster 37 saat, 44 dəqiqə, 17 saniyə ərzində 137 nəfərdən müsahibə götürərək Ginnesin Rekordlar Kitabına düşüb.
Lent.az “UPI” portalına istinadən xəbər verir ki, 1993-cü ildə baş verən qəzadan sonra sinəsindən aşağı iflic olan Rob Olivet 2021-ci ildə Sağlamlıq Perspektivləri poskastını işə salıb. Burada o, həm səhiyyə işçiləri, həm də xəstələrlə müəyyən müzakirələr aparır.
Bununla da Oliverin buradakı podkastinqi onu ən uzun müsahibə marafonuna görə Ginnesin Rekordlar Kitabına düşüb.
Onun sözlərinə görə, müsahibə vermək istəyənlər üçün açıq çağırış edilib. Hətta Avstraliya, Yeni Zelandiya, Hindistan və Şotlandiyadan cavablar gəlib.
Oliver indi həmin müsahibələrin podkastının 15 dəqiqəlik epizodlar şəklində yayımladığını bildirib.