Elan saytından pulsuz divan aldı, içindən...
04 iyun 2022 08:36 (UTC +04:00)

Elan saytından pulsuz divan aldı, içindən...

Kaliforniyalı qadın yeni evinə köçərkən ucuz əşyalar alımaq istəyib.

Lent.az-ın xəbərinə görə, elan saytında gördüyü divan lap göydəndüşmə olub. Divanın sahibi onu pulsuz verməklə yanaşı evə də çatdırıb.

Ertəsi gün oğlu ilə birgə divanı təmizləmək istəyən qadın şoka düşüb. Divanın altında dollarlar səpələnmişdi.

Qadın pulları bir yerə toplayarkən dəhşətə gəlir – 36 000 dollar. O, dərhal mebeli hədiyyə etmiş şəxsi tapır və pulu qaytarır. əşyanın köhnə sahibi pulun divanın altına necə düşdüyünü xatırlamasa da, qadına 2000 dollar bəxşiş verib. O da bu pulla evinə... təzə soyuducu alıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar