Əkizlər bürcü  qadınlarının xarakteri necədir?
08 avqust 2022 09:51 (UTC +04:00)

Əkizlər bürcü qadınlarının xarakteri necədir?

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü əhatə edir. Merkurinin idarə etdiyi, hava qrupuna aid olan əkiz bürcləri müsbət enerjiləri ilə tanınır. 

Bəs, ayrılıqda əkizlər bürcünün qadın nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Əkizlər bürcü qadını son dərəcə şən və enerjili dolu bir xarekterə sahibdir. Onlar fikrilərini tez-tez dəyişməklə tanınır. Buna görə də çox vaxt qərarsızlıqla üzləşirlər. Bu bürcün qadınları praktik zəkaya sahibdirlər. Əkizlər bürcü qadınları çətin başa düşülən insanlardır. Bir çox şeyə maraq göstərirlər, daim nə isə öyrənmək istəyirlər. 

Onu da qeyd edək ki, həyatı doya-doya yaşamaq onların ən əsas xüsusiyyətlərindəndir. Maraqlı olduğu qədər də ağıllı insanlardır. Onlar sosial həyatlarında həmişə sevinc saçır və dost ətrafıları geniş olur. 

Xüsusilə, səyahət etməyi sevirlər. Bu bürcün qadınlarının yeni biliklər öyrənməkdən, yeni insanlarla tanış olmaqdan xoşları gəlir.  Olduqca ünsiyyətcildir. Hər insanı qəbul etməzlər, fikir baxımından onlarla eyni olanlarla eyni mühitdə olurlar.

Əkizlər bürcü qadınlarının mənfi cəhətləri isə qeyri-sabit və qərarsız olmalarıdır. Tələskəndirlər, səbr etməyi bilməzlər. Bundan əlavə, hiyləgər olduqları üçün başqaları tərəfindən həmişə cəlbedici görünürlər. Tez bezən və kinli bir xarakterə sahibdir. 

Əkizlər qadını hər zaman dəyişməyə  hazır, aktiv və əyləncəli bir sevgili istəyir. Çox deyingən insanlarla yola gedə bilmir. Münasibətdə həmişə anlayış və tolerantlıq gözləyir. Rahat tipli sevgili onların əksər vaxtlar diqqətini çəkməyi bacarır. 

Əkizlər qadınları analitik düşünmə qabiliyyəti olduğu üçün araşdırmağı çox sevir. İncə detalları çox önəmsəməsə də, məhsuldar bir iş həyatı var. İşləmədən qətiyyən yaşaya bilməz. Bu bürcün qadınları daha çox hüquqşünas, nəzarət və elm sahələrində müvəffəqiyyət qazandığı görülür. Onlar da idarəçilik ruhu var. 

Həmçinin, əkizlər qadını dəbi izləməyi sevir. Onlar həmişə özlərinə fikir verir. Rəngarəng geyimləri xoşlayırlar. Zərgərlik əşyaları onların vazkeçilməzləri arasındadır. 

# 24855
avatar

Sevinc Fərid

Oxşar yazılar