Dünyanın “ən ölümcül işi” – VİDEO
26 dekabr 2024 18:54 (UTC +04:00)

Dünyanın “ən ölümcül işi” – VİDEO

Blogger Dara Toh "dünyanın ən ölümcül işi" ilə məşğul olmağa qərar verib və təcrübəsini paylaşıb. O, blogger dünyanın ən təhlükəli işlərindən birini yerinə yetirən işçilərlə ayaqlaşmağa çalışmaq tapşırığının öhdəsindən gəlməkdə çətinlik çəkib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, blogger kükürd hasilatı sahəsində özünü sınamaq üçün dostu və həmkarı Mett Ceymslə birlikdə İndoneziyaya uçub.

"Burada işləyənlər vulkandan püskürən zəhərli qazlarla mübarizə aparmalıdırlar ki, onların bəziləri sizi dərhal öldürə bilər, digərləri isə işçilərin ömrünü kəskin şəkildə qısaldır. İşçilərin sağlamlığı üçün risklər o qədər böyükdür ki, onların niyə belə bir işi seçdiyini anlamaq üçün eyni mübarizəyə baş qoydum”, - youtuber bildirib.

Dara Toh kükürdün çıxarılmasının çətin və yorucu prosesində iştirak etmək üçün İndoneziyanın mavi alovları ilə məşhur olan İjen vulkanına səfər edib. 

Toh izah edib ki, o, yerli mədənçilərin işlədiyi “dəli şəraiti” görüntüləmək üçün İjen vulkanının ətəyindəki şaxtaya enib.

İşçilərin üzləşdiyi ilk problem “qaz buludlarının” daimi axınıdır ki, bu da İjendə işləyən növbələrdə qaz maskası taxmağı məcbur edir. O, qarşılaşdıqları qazın vulkanın dərinliklərindən gələn kükürdlü maddələrin qarışığı olduğunu və bəzilərinin ölümcül ola biləcəyini söyləyib.

Blogger qeyd edib ki, qaz maskası olsa belə, ağciyərləri qıcıqlanmağa başlayıb. Zəhərli dumanları tənəffüs etmək, şübhəsiz ki, sağlamlıq üçün təhlükədir, lakin məlum olduğu kimi, bu vulkanda kükürd mədənçilərinin üzləşdiyi ən ölümcül təhlükə bu deyil.

Mədənə gedən yolda yerləşən, dünyanın ən böyük yüksək turşuluqlu krater gölü olan Turşu gölü təbiətin özünün yaratdığı bir növ tələ sayıla bilər. Üzgüçülük üçün ideal yer kimi görünsə də, suyunda əslində təhlükəli dərəcədə yüksək konsentrasiyalarda sulfat turşusu var. 

Blogger uzun bir səyahətin son mərhələsini başa vuraraq kükürd mədəninə yoluna davam etdi. O, “dünyanın ən ölümcül işinin” necə işlədiyini izah edərək, prosesi belə təsvir edib: vulkanın dibində kükürd qazı toplanır. Mədənçilər vulkanın dərinliyinə borular daxil edirlər, oradan zəhərli qaz çıxır. Bu qaz sonra bərkiyir və kükürdə çevrilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Ləman Sərraf

Oxşar yazılar