1 kilometr hündürlüyündə inşası planlaşdırılan "Kobra" kompleksinin layihəsi
06 iyun 2021 05:11 (UTC +04:00)

1 kilometr hündürlüyündə inşası planlaşdırılan "Kobra" kompleksinin layihəsi

Dünyanın ən hündür qülləsi olacaq – “KOBRA”

Küveytdə 2030-cu ilə qədər 1 kilometr hündürlüyündə göydələnin inşası planlaşdırılır.

“Kobra” adlanan qüllə hazırda dünyada ən çox müzakirə edilən memarlıq layihələrindən biridir.

Əsas mübahisə doğuran məsələlərdən biri binanın hündürlüyü ilə yanaşı, həm də orada liftin necə görünəcəyi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, belə bir quruluşa malik qüllədə liftin standart forması mümkün deyil.

Layihəyə görə, lift pnevmatik boru prinsipinə əsasən sıxılmış havada işləyəcək. Kobra ən hündür olmaqla yanaşı, həm də yer üzündəki ən gözəl göydələnlərdən biri olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164
avatar

Oxşar yazılar