Narkotiklər və Alkoqol üzrə Qlobal Araşdırmaya görə, dünyada ən çox spirtli içki içilən ölkəsi Avstraliyadır.
Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırmanın nəticəsinə görə, 2021-ci ildə Avstraliya sakinləri orta hesabla 27 dəfə sərxoş olublar ki, bu da qlobal orta göstəricidən (15) az qala iki dəfə çoxdur.
Sorğu göstərib ki, dünyanın altıncı ən böyük ölkəsinin vətəndaşları həftədə orta hesabla iki gün bir stəkan pivə, şərab və ya digər içkilərdən istifadə edirlər.
İstehlak olunan alkoqolun miqdarına görə reytinqdə ikinci yeri Danimarka, üçüncü yeri Finlandiya tutub. Böyük Britaniya və ABŞ sakinləri də dünyanın ən çox alkaqol içənləri siyahısındadırlar - onlar siyahıda müvafiq olaraq dördüncü və beşinci sıraları tutaraq ilk beşliyi tamamlayıblar.
Alkoqol istehlakından tez-tez istifadəyə görə Fransa liderlik edir - beşinci respublikanın sakinləri etiraf ediblər ki, bir il ərzində spirtli içki qəbul etdikləri günlərin sayı ən azı 132-dir. Yeni Zelandiya ikinci yerdədir - 120 gün, ardınca 112 günlə Hollandiya gəlir.