Dünyanın ən böyük qara BRİLYANTI   satılır - FOTO
18 yanvar 2022 09:36 (UTC +04:00)

Dünyanın ən böyük qara BRİLYANTI satılır - FOTO

Tarixdə nadir daşlardan biri olan “Enigma” adlı qara brilyant hərraca çıxarılacaq. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, satış 3-9 fevral aralığında "Sothebys" evi tərəfindən Dubayda olacaq. 

555.55 karat olan “Enigma” yüksək məbləğ və ya kriptovalyuta qarşılığında satılacaq. 

Qeyd edək ki, bu dəyərli daş  emaldan əvvəl (1999-2000) 800 karat idi. 


 

# 1887
avatar

Sevinc Fərid

Oxşar yazılar