Dünyanın ən bahalı dondurması  - 10 min manatdan çox..
03 iyun 2023 13:51 (UTC +04:00)

Dünyanın ən bahalı dondurması - 10 min manatdan çox..

Yaponiyada istehsal olunan “White Night” adlı dondurma dünyanın ən bahalı dondurması kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Lent.az xəbər verir ki, dondurmanın bir porsiyası 6380 dollara (təxminən 10 min 846 manat) başa gəlir.

Yapon dilində “Byakuya” adlandırılan dondurmanı xüsusi edən, istifadə olunan maddələrdir. Tərkibində yeməli əsl qızıl yarpaq var. İtaliyanın Alba şəhərində istehsal olunan ağ trüf göbələyi ilə hazırlanan dondurma olduqca əziyyətlidir. Həmin göbələyin isə kilosu 14 min 500 dollardır.

Dondurmanın üzərində qızıl yarpaqdan başqa, iki növ pendir və “Sakekasu” var. “Cellato” adlı yapon markası istədikləri dadı əldə etmək üçün 1,5 ildir dəfələrlə cəhd etdiklərini açıqlayıb. Əl istehsalı olan dondurma qaşıqla satılır və üzərinə yer mantarı tökülüb yumşaldılaraq yeyilir.

# 1605
avatar

Oxşar yazılar