Dünyanın ən ağır əkizləri:  328 və 338 kilo
28 iyun 2024 10:27 (UTC +04:00)

Dünyanın ən ağır əkizləri: 328 və 338 kilo

Billy Leon MkKrary və Benny Lloyd MkKrary əkizləri dünyanın ən ağır cütlükləri kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onların çəkisi müvafiq olaraq 328 və 338 kq olub.

Əkizlər 1946-cı il dekabrın 7-də hər birinin çəkisi 2,2 kq olmaqla vaxtından əvvəl dünyaya gəliblər. Benninin dediyinə görə, o və qardaşı dörd yaşında ikən kökəlməyə başlayıblar. Səbəb böyümə sürətinə nəzarət edən hormonlar istehsal edən hipofiz vəzini zədələyən məxmərək virusu olub.

Nəticədə, 10 yaşına qədər qardaşların çəkisi 90,7 kq, orta məktəbdə isə artıq 272 kq idi. Bununla belə, artıq çəki əkizlərin Billy və Bennynin aktiv həyat sürməsinə mane olmayıb.

Qardaşlar evli idilər, yeri gəlmişkən, xüsusi sifarişlə hazırlanmış avtomobillər sürürdülər, təyyarələrdə uçurdular (iki deyil, dörd oturacaq ödəyirdilər), lakin daha diqqət çəkəni odur ki, onlar güləş və karnaval şoularında məşhur olublar.

Əkizlərin başqa bir hobbisi velosipeddir. Təəssüf ki, Billinin ölümünə səbəb olan minibike kaskadyorluğu olub - o, yaralananda 32 yaşında idi və sonra ölüb. Benninin ölüm səbəbi ürək çatışmazlığı idi - o, 54 yaşında bu dünyanı tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Fidan İlqar

Oxşar yazılar