Dinozavr skeleti
08 dekabr 2021 09:53 (UTC +04:00)

Dinozavr skeleti

Dinozavr sürüsünün qalıqları tapıldı - İlk dəfə

 Paleontoloqlar İtaliyanın Triest şəhəri yaxınlığındakı Villaggio del Pescatoredə ölkədə indiyə qədər tapılmış ən böyük və bütöv formadakı dinozavr skeleti daxil olmaqla, “Bruno” adlandırılan dinozavr sürüsünün qalıqlarını aşkarlayıblar.

Lent.az xəbər veriri ki, bu barədə Boloniya Universitetinin alimlərinin koordinasiya etdiyi beynəlxalq tədqiqat qrupunun “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib.

  Boloniya Universitetinin kəşflə bağlı açıqlamasında aşkarlanan dinozavr skeletlərinin 80 milyon il əvvəl yaşamış “Tethyshadros insularis” növünə aid olduğu qeyd edilib.

  Bundan başqa, həmin ərazidə balıq, timsah, dəniz sürünənləri və hətta kiçik xərçəngkimilərin qalıqlarının da olduğu bildirilib.

# 2127
avatar

Oxşar yazılar