Daha bir heyvanda koronavirus tapıldı
06 noyabr 2021 07:49 (UTC +04:00)

Daha bir heyvanda koronavirus tapıldı

ABŞ-ın Kolorado ştatındakı zooparkda 2 kaftarda koronavirus aşkar edilib.

Lent.az-ın xəbərinə görə, bu, kaftarlar arasında Covid-19-a yoluxma ilə bağlı ilk faktdır. 22 və 23 yaşlı kaftarların koronavirus testi müsbət nəticə verib. Laboratoriya sınağını 2 ali məktəb təsdiqləyib.

Zoopark əməkdaşlarının dediklərinə görə, heyvanlarda koronavirusun yüngül əlamətləri var. Hər 2 kaftar öskürsə də, ümumən sağlamdır. Onların yaxın günlərdə tam sağalacağı gözlənilir. Parkda indiyədək 11 şir, 2 pələng və 1 canavar koronavirusdan sağalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Oxşar yazılar