COVID-19 peyvəndi vurdurmamaq üçün  ağaca çıxdı
12 dekabr 2021 19:05 (UTC +04:00)

COVID-19 peyvəndi vurdurmamaq üçün ağaca çıxdı

Hindistanın Telanqana ştatından olan bir peyvənd əleyhdarı, COVID-19-a qarşı peyvənd olunmaqdan qaçmaq istədiyi üçün ağaca dırmaşıb və həkimlər gedənə qədər enməkdən imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Telanqana ştatındakı tibb işçiləri əyalətdəki hər kəsin koronavirusa qarşı peyvənd olunduğundan əmin olmaq üçün evlərə baş çəkirlər.

Həkimlər 33 yaşlı Qusuddinin Nayoka kəndindəki evinə gələndə o, peyvənddən imtina edib. Kişinin atası Sərdar Əli və digər ailə üzvləri onu iynə vurmağa razı salmağa çalışsalar da, o, qulaq asmayıb.

Qohumları təkid etdikdə kişi qaçaraq ağaca dırmaşıb. Hadisə şahidləri bildiriblər ki, hindistanlı bir saat ağacın üstündə oturub və yalnız həkimlər hadisə yerini tərk etdikdən sonra aşağı düşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar