Cizgi filmi deyil, həqiqətdir:  Ukraynada “Patron” qəhrəmana çevrildi
31 mart 2022 19:17 (UTC +04:00)

Cizgi filmi deyil, həqiqətdir: Ukraynada “Patron” qəhrəmana çevrildi

“Bu, uşaqlar üçün cizgi filmi deyil, xilasedicilərlə birlikdə həyatımızı qoruyan kiçik quyruqlu cəsur dostumuzdur”.

Lent.az-ın məlumatına görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəsmi “Telegram” kanalında haqqında bəhs edilən “Cek Russell Terrier” cinsindən olan “Patron” adlı xidməti it qəhrəman kimi qələmə verilib. 

İki yaşlı “Patron” Çerniqov vilayətinin pirotexniki dəstəsində xilasedicilərə yaxından kömək edir. 

Onlarla basdırılmış minanı aşkar edərək zərərsizləşdirilməsində iştirak edən itin cəsarətini görən xilasedicilər “qısaquyruq” üçün zirehli gödəkçə də sifariş veriblər.  

Yeri gəlmişkən, “Patron” pendiri çox sevir və asudə vaxtlarda “həmkarları” ilə həvəslə oynayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193

Oxşar yazılar