Cins itlər ömürlük məhkum edildi – FOTO
05 noyabr 2021 02:12 (UTC +04:00)

Cins itlər ömürlük məhkum edildi – FOTO

Türkiyədə 25 “qadağan olunmuş cins itlər” Ədirnə bələdiyyəsinin müvəqqəti heyvan sığınacaqlarında ömürlük məhkum edilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə sığınacağın məsul baytarı Soyuhan Barlas açıqlama verib.

O, “Biz müvəqqəti sığınacaqlarıq, amma bu cür cins itlər gələndə biz onları geri qaytara və kiməsə verə bilmirik. Buna görə də onlar burada günahsız məhkum kimi qalırlar. Biz onları sadəcə irqi xüsusiyyətlərinə görə həbs edirik. Onları sahiblərinə qaytarmaq qadağan olunub” –deyə bildirib.

Baytarın sözlərinə görə, bu cür itlər sahiblərinə daha çox bağlı olurlar və onların DNT testi olmadan saf və ya qarışıq cins olduğunu söyləmək mümkün deyil.

Ədirnə bələdiyyə sədr müavini Ərtoğrul Tanrıqulu bu itləri ömürlük həbs etmək məcburiyyətində qaldıqları üçün təəssüf hissi keçirdiyini bildirib. “Bəzi insanların pis düşüncələrinə görə bu canlara qarşı belə rəftar olunur”- deyə qeyd edib.

Həmin itlərin şəkillərini sizə təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4845
avatar

Sevinc Fərid

Oxşar yazılar