Buğa Zodiakın ikinci bürcüdür. Hər il aprelin 21-dən mayın 21-dək olan tarixdə doğulanlar bu bürcün nümayəndələridir. Veneranın idarə etdiyi, torpaq qrupuna aid olan Buğa bürcləri sakit görkəmlərinə baxmayaraq çox enerjili olmaqları ilə tanınır.
Bəs, ayrılıqda buğa bürcünün kişi nümayəndələrinin xarakteri necədir?
Lent.az onların xarakterlərini təqdim edir:
Buğa kişiləri cəmiyyət içərisində ön planda olmağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarır. Evli buğalar ailəsinə çox sadiqdir. Həyat yoldaşına və uşaqlarına göstərdiyi qayğı ilə bilinirlər. Buğa kişiləri tək yaşamağı sevmir, kiminsə onu müşayiət etməsini istəyir.
Buğa kişiləri ilk görüşü təyin etməyə heç vaxt tələsmirlər. Əgər tez bir zamanda sizi görüşə çağırıblarsa, onda siz seçilənlərdənsiniz.
Bu bürcün kişi nümayəndələri komediya filmlərini, teatrlarını, şou proqramlarını izləməyi çox sevirlər. İncə və səmimi yumoru yaxşı duya bilirlər. Həmçinin, buğa kişiləri restoranlara, kafelərə getməyi xoşlayırlar.
Onlar çox emosionaldırlar və hamıya qarşı mehriban olmağa çalışırlar. Onlar işlərində daimi və stabildirlər. Stabil olmaq Buğa bürcünün ən müsbət xüsusiyyətlərindəndir.
Buğa bürcünün kişi nümayəndələri son dərəcə qısqanc olmaqları ilə ön plana çıxır. Onların inadkarlığı və acgözlüyü mənfi cəhətləri arasındadır. Bəzi vaxtlarda sərt olurlar və özlərindən başqa heç kimi düşünmürlər.
Bu bürcün kişiləri həmişə əsl sevginin arxasınca qaçır. Onlar buğalar kimi qətiyyətli və güclüdürlər. Aşiq olanda onları tanımaya bilərsiniz. Buğalar yalanı qəti sevmir və bağışlamırlar. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edirlər. Sevgilərini etiraf etməkdən çəkinmirlər. Bunu tez-tez dilə gətirirlər.
İntizamlı olduqları üçün adətən iş həyatında uğur qazanırlar. Demək olar ki, bir çox işdə müvəffəqiyyət əldə edə bilirlər. Problemlərin həllində sakit olduqları üçün iş həyatında liderlik potensialına malikdirlər.