Beyinə dərman və alkoqol kimi təsir edir:  musiqinin heyrətamiz xüsusiyyətləri
31 mart 2021 19:36 (UTC +04:00)

Beyinə dərman və alkoqol kimi təsir edir: musiqinin heyrətamiz xüsusiyyətləri

Musiqi alkoqol və narkotik kimi beyinə təsir göstərir. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, Makqilla Universitetindən olan Kanadalı nevroloqların gəldiyi nəticədir. 

Mütəxəssislər, 17 könüllüdə maqnit görüntüləmə və "transkranial maqnit stimullaşdırılması"dan istifadə edərək musiqinin beyinə təsirlərini araşdırıblar.

Hamısı pop musiqisinin pərəstişkarı olub - təcrübədə bu janrdan istifadə edilib.

Elm adamları beyin fəaliyyətlərini funksional maqnetik rezonans görüntüləmədən istifadə edərək ölçərkən subyektlər mahnı dinləyib..

Mükafatlandırma yolunda sinir hüceyrələrinin stimullaşdırılmasının musiqidən və motivasiyadan artan zövqə səbəb olduğu ortaya çıxıb.

Belə çıxır ki, insanlarda musiqiyə məmnunluq gətirən səbəb eşitmə zəncirləri və mükafat zəncirləri arasında əlaqəlidir. Yemək, seks, narkotik və pul da eyni şeyi edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar