ABŞ-da valideynləri ilə zooparka gəzintiyə çıxan 5 yaşlı Nensi anidən yırtıcı heyvanların saxlanıldığı çuxura düşür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 1956-cı ildə Nyu-York zooparklarından birində baş verib.
Ana, ata və körpə Nensi ekzotik heyvanların olduğu çəmənliklər arasında gəzirdilər.
Valideynlər təhlükəli yırtıcıların fonunda əylənərək şəkil çəkdirdilər. Onların diqqəti bir neçə dəqiqə ərzində dağıldı. Valideynlərindən ayrılan Nensi timsahların saxlanıldığı hissənin hasarına yaxınlaşır. Bu zaman anidən müvazinətini itirən azyaşlı təhlükəli sürünənlərin “yuvası”na düşür.
Sadəcə, balacanın bəxti gətirir: Birincisi, heyvanlar ac deyilmiş, yenicə yedizdiriliblərmiş. İkincisi, hava o qədər isti idi ki, heyvanlar çox yorğunlaşmışdı, dincliyini pozan kimsəyə şiddətlə reaksiya verə bilmirdilər.
Nensi onlara tərəf bir addım atdı və timsahlar maraqla ona doğru irəlilədilər.
Artıq ətrafda hay-küy yarananda qızın valideynləri dəhşətli mənzərəyə şahidlik edirdi...
Ziyarətçilər çaşqınlıq içərisində idilər.
Həmin vaxt məşhur ameriklı aktyor, komediyaçı, prodüser, yazıçı və ssenarist Corc Karlin də orda idi. O zaman Corc hələ ulduz deyildi - 19 yaşlı gənc donanmada xidmət edirdi. Həmin gün məzuniyyətdə idi və zooparka gəlmişdi. Gözünü belə qırpmadan Karlin azyaşlı Nensini oradan çıxardı.
Maraqlısı isə o idi ki, Nensi də böyüyüb, məşhur aktrisa olacaqdı.
Xilas edilən qızın “Carrie”, “Puncture” və “RoboCop” trilogiyası kimi filmlərdə dünya şöhrəti qazanacağı hələ qarşıda idi...
İllər keçdi, amerikalı aktrisa Nensi Allen əksəriyyətin sevimlisinə çevrildi.
Aktyorlar həyatları boyu əlaqə saxladılar. Nensi alkoqol və qeyri-qanuni maddələrə aludə olanda dostu Corcu bu yoldan çıxarmaq istəsə də, onu həyatda saxlaya bilmədi.
Nensi xilaskarının ölümündən çox üzüldü. Karlin 2008-ci ildə 71 yaşında dünyasını dəyişəndə aktrisa vida mərasiminə matəm çələngi gətirdi. Çələngin lentində son təşəkkür sözləri yazılmışdı: “Timsahlardan qorxmayacaq qədər axmaq kiçik qızdan".