Azərbaycanda gəmi hərraca çıxarılır və ilkin qiymət 900 min manat təyin edilib.
Lent.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 23 və 30 iyul tarixlərində hərrac keçirəcək.
Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
23 iyul tarixində keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli "Vixr" tipli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Azərbaycanda 900 min manata GƏMİ SATILIR
Oxşar yazılar
2025 rəqəmini 5 saniyəyə tapa bilərsiniz?
8 iyul 2025 , 17:49
Sevgidən qorxmağın kökündə nə dayanır? - Psixoloqdan AÇIQLAMA
8 iyul 2025 , 17:20
Şəhərin meri timsahla evləndi - VİDEO
7 iyul 2025 , 19:59
Bir yastıq seçin və etibarlı insan olduğunuzu öyrənin: əyləncəli TEST
7 iyul 2025 , 19:46
“Formula 1” çempionu Lyuis Həmiltonun yeni sevgilisi
7 iyul 2025 , 17:51
Natəvanın fil sümüyündən hazırlanmış şahmatı olub? - MARAQLI
7 iyul 2025 , 16:23
Kim istiyə daha çox dözür? Qadınlar, yoxsa kişilər?
7 iyul 2025 , 12:41