Avropanın kənarında həmişə işıqlı olan yer
05 aprel 2023 19:59 (UTC +04:00)

Avropanın kənarında həmişə işıqlı olan yer

Avropanın şimalında elə bir yer var ki, orada günəş demək olar ki, batmır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ərazi Norveçdə yerləşir. Bu ərazidə günəş 24 saat işıq saçır. 

Bu hadisə elmdə “gecə yarısı günəşi” kimi tanınır. Arktika dairəsinin cənubunda və şimalında yerləşən yerlərdə də buna rast gəlinə bilər. 

Lofoten adalarında və Norveçin digər bölgələrində bu anı drondan çəkən britaniyalı fotoqraf Corc Kuperin dediyinə görə, gecə saat 23-dən 3-ə kimi günəş işığı Norveçin müxtəlif yerlərinə müxtəlif fasilələrlə saçır. 

"Yer Günəşə nisbətən əyilmiş oxu ətrafında fırlanır, yay aylarında isə Şimal qütbü ona doğru çevrilir. Məhz buna görə də bir neçə həftədir ki, günəş heç vaxt Şimal qütb dairəsindən kənara batmır. Bəzi ərazilərdə rəvan şəkildə günəşin doğmasına doğru axan bir növ uzun qürub müşahidə olunur. Svalbard, Lofoten adaları, həmçinin Bodo şəhəri, Şimal-Kap, Tromso və bir sıra digər yerləri ziyarət etməklə bu heyrətamiz təbiət hadisəsini öz gözlərinizlə görə bilərsiniz.

Bununla belə, “gecə yarısı günəşini” təkcə Norveçdə deyil, Alyaska, Qrenlandiya və Kanadanın bəzi yerlərində də müşahidə etmək olar”, - alimlər bildirib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Sevinc Fərid

Oxşar yazılar