Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır
25 aprel 2024 09:57 (UTC +04:00)

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür.

 Lent.az xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə  bahalı hədiyyə verməklə ad çıxarıb. 
Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik.

Airbus lüks təyyarəsi (A319)

Milyarder həyat yoldaşı Nitanın 55 illik yubileyi üçün ona dəyəri 28 milyon dollardan çox olan şəxsi təyyarə hədiyyə edib. Təyyarədə, xüsusi ofis, gözəllik salonu, musiqi sistemləri və peyk televiziyası var.

Rolls-Royce Cullinan Black Badge

Keçən il Divali bayramında Mukeş həyat yoldaşı Nitaya narıncı rəngli ultra dəbdəbəli “Rolls-Royce Cullinan Black Badge” avtomobili
hədiyyə edib. Bu bahalı maşın milyarderə təxminən 1 milyon 200 min dollara başa gəlib.

Xüsusi qarderob


Dörd uşaq babası olan Mukeş nəvələrinə yəni qızı  İşa Ambaninin əkiz övladlarına “Dior” və “Chanel” də daxil olmaqla dəbdəbəli brendlərin paltarları ilə dolu xüsusi qarderob hədiyyə edib.

“Bentley Continental GTC” 

Mukeşin oğlu Anant 2022-ci ildə Radhika Merchant ilə nişanlananda onlara dəyəri yarım milyon dollardan çox olan dəbdəbəli Bentley Continental GTC Speed avtomobili bağışlayıb.

22 mərtəbəli bina

2023-cü ilin aprelində Mukeş köhnə dostu Manoj Modiyə 15 milyard dollar dəyərində 22 mərtəbəli bina hədiyyə edib.

“Palm Jumeirah” sahilində villa

Mukeş 2022-ci ildə oğlu Anant üçün “Palm Jumeirah”da 3000 kvadrat metrlik dəbdəbəli malikanə alıb.
 

# 4281
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar