Amerikalıların Aya endikdən sonra alimlərə təhvil verdikləri torpağın Yerin təbii peykindən olduğu məlum olub.
Lent.az xəbər verir ki, bu barədə iyulun 3-də Rusiya Federal Kosmik Agentliyi olan Roskosmosun rəhbəri Yuri Borisov məlumat verib.
“Amerikalıların Ayda olub-olmamasına gəlincə. Məndə bircə fakt var, bu məsələ məni maraqlandırırdı. Vaxtilə bu ekspedisiya zamanı kosmonavtların gətirdiyi Ay torpağının bir hissəsini bizə vermişdilər”, – deyə o bildirib.
Borisovun sözlərinə görə, torpağın tədqiqi sübut edib ki, amerikalılar həqiqətən də Yerin peykində olublar.