Alimlər təsdiqlədi - Qalıqlar Xristofor Kolumba aiddir
12 oktyabr 2024 21:18 (UTC +04:00)

Alimlər təsdiqlədi - Qalıqlar Xristofor Kolumba aiddir

Alimlər Sevilyadakı kafedralda basdırılan qalıqların 1492-ci ildə avropalılar üçün Yeni Dünyanı (Amerika) kəşf etmiş ispan dənizçi Xristofor Kolumba məxsus olduğunu təsdiq ediblər.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Oktyabrın 11-də yayılan məlumatda deyilir: “İyirmi illik DNT testi və araşdırmasından sonra məhkəmə-tibb alimi Xose Antonio Lorente Sevilya kafedralındakı natamam qalıqların həqiqətən də Kolumbun qalıqları olduğunu bəyan etdi”.

Alimlərin nümunələri birbaşa Sevilya kafedralındakı məşhur səyyahın qəbrindən götürdüyü bildirilir. Məhkəmə ekspertləri Kolumbun qalıqlarının nümunələrini qardaşı Dieqo və oğlu Fernandonun DNT-si ilə müqayisə ediblər.

İndi mütəxəssislər Kolumbun mənşəyini dəqiq müəyyənləşdirmək üzərində çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar