Alimlər beyin siqnallarını videoya  çevirdilər
30 iyun 2026 04:41 (UTC +04:00)

Alimlər beyin siqnallarını videoya çevirdilər

0

ABŞ alimləri insan beyninin fəaliyyətini analiz edərək düşünülən görüntüləri videoya çevirə bilən yeni süni intellekt sistemi hazırlayıblar.

Lent.az xəbər verir ki, texnologiya funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) vasitəsilə qeydə alınan beyin siqnallarını emal edərək insanların izlədiyi videoları yüksək dəqiqliklə yenidən yarada bilir.

Yeni sistem əvvəlki texnologiyalardan fərqli olaraq yalnız statik şəkilləri deyil, hərəkətli səhnələri də bərpa edir. Alqoritm beyin fəaliyyətini video generasiya modelləri ilə birləşdirərək insanın vizual qavrayışını dinamik görüntü şəklində təqdim edir.

Tədqiqatçılar bildirirlər ki, texnologiya gələcəkdə insult keçirmiş və ya danışmaq qabiliyyətini itirmiş xəstələrin düşüncələrini daha yaxşı anlamağa, həmçinin beyin-kompüter interfeyslərinin inkişafına mühüm töhfə verə bilər.

Bununla yanaşı, sistem hələ sınaq mərhələsindədir və geniş istifadəyə verilməsi üçün əlavə tədqiqatlara ehtiyac var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar