Ailə keçmiş meyitxanada məskunlaşdı:  zirzəmidə görün nə tapıldı
16 noyabr 2021 19:41 (UTC +04:00)

Ailə keçmiş meyitxanada məskunlaşdı: zirzəmidə görün nə tapıldı

Amerikanın Kaliforniya ştatından olan ailə 1923-cü ildə tikilmiş keçmiş meyitxanada məskunlaşıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əvvəllər Keysi və Endryu Olaqe San-Fransiskoda yaşayıblar. Bu şəhərdəki daşınmaz əmlak onlar üçün çox baha olub, ona görə də ondan təxminən 90 kilometr qərbdə yerləşən Treysi qəsəbəsində köhnə ev almağa qərar veriblər. 

Bu binanın əvvəllər meyitxana olması barədə onlara alışdan bir neçə gün əvvəl məlumat verilib.

Təxminən bir ildir ki, Olaqe yeni evini təmir edir və bu barədə TikTok-da məlumat paylaşır. Onları ən çox heyran edən zirzəmidə tapdıqları tük ürpətici otaq olub.

Onların fikrincə, bina əvvəllər ölüləri balzamlamaq üçün istifadə olunub. Tavanının altında cəsədlərin asıldığı qarmaqlar, döşəmədə isə kanalizasiyaya qoşulmuş drenaj var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Oxşar yazılar