Ağızdan niyə pis qoxu   gəlir?
25 yanvar 2023 15:57 (UTC +04:00)

Ağızdan niyə pis qoxu gəlir?

Ağızdan pis qoxunun gəlməsi bir çox insan üçün böyük bir problemə çevrilib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ağızdan pis qoxunun gəlməsi diş əti xəstəliklərindən də qaynaqlanır.

Belə ki, dişlərdə yığılan lövhə zamanla diş ətinə təsir etməyə başlayır. Bu səbəbdən diş ətləri şişir, həssaslaşır və qızarır. Hətta diş əti qanamağa başlayır.

Ağız qoxusu dişlər arasında lövhə və qida hissəciklərinin yığılması nəticəsində də yarana bilər. Bu tip qida qalıqları yalnız dişləri fırçalamaqla aradan qaldırıla bilməz.

Bu baxımdan diş əti xəstəliyi və ya ağız qoxusunu hiss edən kimi mütləq diş həkiminə getmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar