Adi sümükdən  milyonlarla dollar qazanır
23 mart 2024 16:10 (UTC +04:00)

Adi sümükdən milyonlarla dollar qazanır

Amerikalı Ken Axroni çox sadə biznes ideyası ilə milyonçu olmağı bacarıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, hind quşunun körpücük sümüklərini (mərc sümüyü) sataraq öz biznesini yaradıb.

Belə ki, bizdə olduğu kimi, ABŞ-da da hind quşunun haça formalı körpücük sümüyündən mərc, arzu tutmaq üçün istifadə olunur. Milad axşamı bişirilmiş hind quşunun körpücük sümüyünü iki nəfər dartır, kimin əlində daha böyük sümük parçası qalarsa, onun arzusunun çin olacağına inanırlar. Amma bu sümük hər quşda cəmi bir ədəd olur. Ona görə, Ken Axroni özü plastik sümüklər sifariş verdi.

Sümüklərə tələbat o qədər oldu ki, o, ölkənin 40 ştatına sümük tədarük etməyə başladı. Hər il Axroni Milad bayramında bu plastik sümüklərin satışından 3,5 milyon dollar qazanır. Hazırda şirkət gündəlik olaraq 30 min belə “mərc sümüyü” istehsal edir və 1 ədədi 3 dollardan satılır.

Axroni bildirib ki, insanlara lazım olan şeyləri satmaqla, ən sadə ideyalarla böyük biznes yaratmaq olar və o, artıq bunu sübut edib.

# 26094
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar