“Fənərbaxça”nın oyunları ilə böyüyən, qələbələrə sevinən, məğlubiyyətlərə üzülən şəxs özünə komandanın adı və soyadını verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fanatik "Fənərbaxça" azarkeşi adı ilə bağlı deyib: "Hara getsəm, adımı eşidənlər təəccüblənir. Nə vaxt müayinə üçün xəstəxanaya getsəm, həmişə adımla bağlı suallar verirlər. Bəzən gülürlər, bəzən inanmırlar. Yaxşıyam, xoşbəxtəm, ən əsası da "Fənərbaxça"nı sevirəm".
Aydından olan 40 yaşlı fanatik “Fənərbaxça” azarkeşi Fənər Bahçenin ən böyük arzusu “Fənərbaxça” – “Qalatasaray” derbisini stadionda izləməkdir.
Karacasu Kalemler məhəlləsində yaşayan “Fənərbaxça” azarkeşi Şeref Bahçe, 1984-1985 mövsümündə çox bağlı olduğu komandasının çempion olmasının ardından oğluna Fənər adını verib.
Zaman keçdikcə Fənər Baxça da atası kimi sarı-göylü komandaya azarkeşlik edib. O, “Fənərbaxça”nın oyunları ilə böyüyüb, qələbələrə sevinib, məğlubiyyətlərə üzülüb.
Ən böyük arzum derbini izləməkdir
Evli, 3 uşaq atası olan, dolanışığını kənd təsərrüfatından təmin edən Fənər Bahça heç vaxt komanda formasını və ya köynəyini çıxarmır.
O, Fənər Baxça adını daşıdığı üçün xoşbəxt olduğunu bildirib.
Atasına bu adı verdiyi üçün təşəkkür edən Bahçe deyib: "Qürur duyuram, xoşbəxtəm, amma İstanbul xəyalım var idi, ora gedə bilmədim. Ən böyük arzum “Fənərbaxça”-“Qalatasaray” derbisini izləməkdir. Biz də başqa komandaları sevirik, amma mənim ən böyük fanatikliyim Fənərbaxçadır. Atam fənərbaxçalı idi və mən də onun izləyicisi idim, Allah atama rəhmət eləsin”.
“Bəzən gülürlər, bəzən inanmırlar”
İnsanların ad və soyadını ilk eşidəndə çox təəccübləndiyini deyən Bahçe, əsgərlik dövründə ən çox adı ilə bağlı vəziyyəti açıqlamalı olduğunu bildirib.
Ona inanmayanlara şəxsiyyət vəsiqəsini göstərdiyini bildirən Bahçe söyləyib:
"Hara getsəm, adımı eşidəndə təəccüblənirlər. Müayinə üçün xəstəxanaya gedəndə həmişə adımla bağlı suallar verirlər. Bəzən gülürlər, bəzən inanmırlar. Mən yaxşıyam, xoşbəxtəm, ən əsası da "Fənərbaxça"nı sevirəm. "Fənərbağça" mənim ailəmdir. Özümü uşaqlarımdan, anamdan, evdəki qardaşlarımdan ayırmıram. Mən oyunları belə izləyirəm”.