Heç vaxt model işində çalışmayan rus təqaüdçü, 80 yaşında məşhur oldu.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Rusiyanın Korkino şəhər sakini Klavdiya Konradinin 80 yaşı var. O, keçmiş geoloqdu. Təqaüdə çıxandan sonra bağçalıqla məşğul olub, audio-kitablar dinləyib. Bundan əlavə, teatrlara, muzeylərə gedib və şəhər ətrafında gəzib, həm də səyahət etməklə vaxtını keçirib.
Bir gün nəvəsi Yekaterina Reyş onu fotosessiyada iştirak etməyi təklif edir. Yaşlı qadın nəvəsi ilə razılaşır. Fotosessiyadan sonra nəvəsi bütün şəkilləri instaqrama yükləyir. Fotoları görənlər təəccüb içində idi. Bu yaşda bu qədər zərif və gözəl qalmaq axı hər nənənin işi deyildi. Və 80 yaşlı model artıq jurnallardan dəvətlər almağa başlayır.
Klavdiya Konradi modellik etməyinə belə aydınlıq gətirib:
"Bütün nənələrin təkcə evdə qalıb sadəcə corab toxumaqla deyil, təqaüdə çıxdıqdan sonra fərqli yaşaya biləcəyini göstərmək istədim".
Klavdiya Konradi
Klavdiya Konradi
Klavdiya Konradi
Klavdiya Konradi
Klavdiya Konradi
Klavdiya Konradi
Klavdiya Konradi