Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərində yaşlı qadın demək olar ki, ömrü boyu qulağında nadir əşya gəzdirib. Onun eşitmə qabiliyyəti zəifləməyə başlayanda həmin əşya tapılaraq qulağından çıxarılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, 81 yaşlı təqaüdçü Vidnovskaya Şəhər Xəstəxanasına gələrək sağ qulağının tamamilə kar olduğunu bildirib. Lor həkimi eşitmə orqanını yuyaraq tibbi prosedurlara başlayıb və təəccüblənərək xəstənin qulağından qədim muncuq çıxarıb.
Sonra nənə xatırlayıb ki, 5 yaşında boyunbağı qırılıb və itkin muncuq tapılmayıb. Və indi, 76 il sonra həmin muncuq tapılıb. İndi nənə mükəmməl eşidir və o, çıxarılan "yad əşyanı" suvenir kimi saxlamaq istəyir.