65 yaşlı nənə və 21 yaşlı nəvəsi  bədənləri ilə GÜNDƏM OLDU
23 may 2024 13:15 (UTC +04:00)

65 yaşlı nənə və 21 yaşlı nəvəsi bədənləri ilə GÜNDƏM OLDU

65 yaşlı Lesli Maksvell və 21 yaşlı nəvəsi Tia bədən əzələləri ilə gündəmə gəliblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, boşanmasının öhdəsindən gəlmək üçün 50 yaşında fitnesə başlayıb.

Onun sözlərinə görə, o, bir çox kişilərin, hətta yaşı az olan oğlanların da diqqətini cəlb edib. Bununla belə, nənə deyir ki, onu seks və ya romantika motivasiya etmir:

"İnsanlar həmişə sağlam, güclü bədənə valeh olurlar. Bu, səni seksual hiss etdirir. Amma mən bunu kişilər üçün etmirəm. Mən güclü olmaq və özüm haqqında daha pozitiv olmaq istəyirəm”.

Lesli qadınlara fitnesə başlamaq üçün heç vaxt gec olmadığını təkid edərək, inanılmaz bədənə nail olmağın tamamilə mümkün olduğunu söyləyir:

"Hər yaşdan olan insanlar bədənlərini, sağlamlıqlarını dəyişə bilərlər və bu, həqiqətən gündə yalnız bir saat vaxt alır. İstənilən yaşda seksual ola bilərsiniz".

Nəvəsi Tia qeyd edib ki, nənəsi ilə məşq etməkdən həzz alır:

“O, heyrətamiz görünür və mən onun yaşında olanda mütləq sağlam həyat tərzi keçirəcəm. Hər həftə birlikdə məşq etməyə çalışırıq. Mən ayaqlarımı və ombamı məşq etməyi üstün tuturam, amma o, bədəninin yuxarı hissəsini məşq etməyi xoşlayır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4770
avatar

Fidan İlqar

Oxşar yazılar