63 yaşlı qadın sağlam uşaq dünyaya gətirib və İtaliyanın ən yaşlı anası olub.
Lent.az-ın xarici mediaya istindən xəbərinə görə, qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Flavia Alvaro adlı bu xanım 61 yaşında süni mayalandırma yolu ilə bir dəfə hamilə qalıb və bunun üçün o, Ukraynaya gəlməli olub. Çünki Ukrayna qanunlarında bu prosedur üçün maksimum yaş müəyyən edilməyib. Lakin ilk hamiləlik uğursuz nəticələnib.
İki il sonra o, yenidən hamilə qalmaq üçün eyni klinikanı seçib, doğuş isə İtaliyada baş tutub.